Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında görüşün vaxtı dəyişdirilib.
ONA-nın Nazirliyə istinadən verdiyi məlumata görə, martın 29-da Şabran şəhərində vətəndaşlarla nəzərdə tutulmuş görüşün vaxtı dövlət əhəmiyyətli tədbirlə əlaqədar dəyişdirilib. Görüş aprelin 5-də saat 12:00-da keçiriləcək.