• İQTİSADİYYAT

    10:24 12 mart 2019

Nazir Şahin Mustafayev: Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 20%-dək artıb

Bakıda “Azərbaycan investisiya layihələrinin icrası yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes-seminar işə başlayıb.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Qazprombank”ın, həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) nümayəndələri iştirak edirlər.

Seminarın açılış mərasimində çıxış edən Şahin Mustafayev bildirib ki, təkcə son 10 ildə Azərbaycan və Rusiya arasında 60-dan çox tədbir keçirilib: “Bu, iki ölkə arasında sıx münasibətlərin olduğunu göstərir. Hazırda iki ölkə arasında turizm, sənaye və digər sahələrdə əməkdaşlıq mövcuddur. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsini xüsusi olaraq qeyd etmək istərdim. Belə ki, 2018-ci ildə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin həcmi 2,55 milyard ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 20%-dək artıb. Bu gün Azərbaycanda 700-ə yaxın Rusiya şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir”.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR