• İQTİSADİYYAT

    17:48 10 aprel 2019

Samir Şərifov IMF-in Azərbaycan üzrə missiyasının yeni rəhbəri ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund - IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisanı qəbul edib. Görüşdə Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçi də iştirak edib.

Tanışlıq xarakteri daşıyan görüşdə IMF ilə Azərbaycan Respublikası arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb, ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin yaradıldığı qeyd olunub.

Samir Şərifov Natalia Tamirisaya gələcək fəaliyyətində uğurlar arzulayıb, IMF ilə Azərbaycan arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR