• İQTİSADİYYAT

    12:10 19 oktyabr 2019

Nazir: “Son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb”

“Azərbaycanda elektroenergetika sahəsində köklü islahatlar aparılır və bu islahatlar davam etdiriləcək”.

"APA-Economics"in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, energetika sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir və bu istiqamətin inkişafına dair çox işlər aparılmaqdadır: "Bunun nəticəsi kimi, son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb”.

P. Şahbazov qeyd edib ki, aparılan işlər nəticəsində enerji itkiləri 22,6%-dan 10,5%-dək azalıb: “Respublikada enerji istehsalı artmaqdadır. Bu ilin 9 ayının nəticələrinə görə elektrik enerjisinin istehsalı 3,6% artıb. 2020-2021-ci illərdə bu göstəricinin müvafiq olaraq 8 və 10% artacağı gözlənilir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR