• İQTİSADİYYAT

    05:56 8 mart 2019

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçiriləcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1464-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

İndiyə qədər qüvvədə olan Mənzil Məcəlləsində qeyd edilib ki, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinə edilən dəyişikliyə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Fərmana əsasən bu orqan Nazirlər Kabineti olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR