• İQTİSADİYYAT

    10:05 27 sentyabr 2019

Nazirlər Kabinetinin 2020-ci il üzrə dövlət büdcəsi və icmal büdcəsi layihələri barədə qərarı açıqlanıb

Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" qərarını açıqlayıb.

APA-nın məlumatına görə, qərara əsasən, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərarda qeyd edilib ki, büdcə layihələri “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

ONA

Teqlər:

SON XƏBƏRLƏR