Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci ildə saxlanılma xərci açıqlanıb.
ONA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Sənədə əsasən, keçən il dövlət büdcəsində Nazirlər Kabinetinin saxlanılma xərcləri üçün 8 506,3 min manat ayrılsa da, bu vəsaitin 8 420,5 min manatı xərclənib. Beləliklə, ayrılan vəsaitin 85,8 min manatı, yəni 1%-i xərclənməyib və icra səviyyəsi 99% olub.
Ötən il Nazirlər Kabinetinin saxlanılması üçün xərclənən vəsaitin həcmi 2017-ci illə müqayisədə isə 1 156,7 min manat az olub. 2017-ci ildə Nazirlər Kabinetinin saxlanılma xərci 9 577,2 min manat olub.
“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.