• İQTİSADİYYAT

    23:13 20 may 2019

Nazirlər Kabinetinin xarici ticarətə dair aktlarının qüvvəyə minməsi müddəti dəyişib

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Dəyişikliyə əsasən, müddətə dair tələb dəyişib. Başqa sözlə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR