• İQTİSADİYYAT

    11:55 21 may 2019

MBNP: Beynəlxalq təsisatların korporativ istiqrazları bu il Azərbaycanın fond bazarlarına çıxarılacaq

Cari il ərzində beynəlxalq təsisatlara məxsus korporativ istiqrazlar Azərbaycan fond bazarlarına çıxarılacaq.

Bunu ONA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Kapital bazarına və digər maliyyə vasitəsinə nəzarət departamentinin direktor vəzifəsini icra edən Samir İsmayılov deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq real danışıqlar aparılır və proseslərə start verilib.

“Əlavə olaraq biz Bakı Fond Birjasının yeni listinq qaydalarını formalaşdırdıq. Listinq qaydaları şirkətlərin kapital bazarlarında daha optimal şəkildə maliyyələşməsi üçün münbit şərait yaratdı. Biz artıq yeni alətlərin təşviqi üzərində çalışırıq. Bununla bağlı Azərbaycanın üzv olduğu beynəlxalq təsisatlarla, məsələn, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edirik və onların təkliflərinə əsasən biz qiymətli kağızlar bazarı haqqına qanunvericiliyə müvafiq dəyişikliklər etdik və yaxın dövrdə biz beynəlxalq təsisatlara məxsus korporativ istiqrazların Azərbaycan fond bazarlarına çıxarılacağını gözləyirik”, - deyə S. İsmayılov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR