• İQTİSADİYYAT

    13:39 21 may 2019

"Neft Daşları"ndan indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

Bu günə qədər “Neft Daşları”nda yerləşən yataqlardan 175 mln. tondan çox neft hasil edilib.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, yataqlardan indiyədək çıxarılan təbii qazın həcmi isə 13,551 mlrd. kubmetr təşkil edib.

"Hazırda neftçilərimizin səyləri nəticəsində hasilat həcmi artırılmaqdadır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Neft Daşları" dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb. 1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar.

Emil

Teqlər:

SON XƏBƏRLƏR