Bu ilin ilk iki ayında neft məhsulları istehsalının ümumi dəyəri 461,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2 faiz artıb.
Bu barədə ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft məhsullarından avtomobil benzininin istehsalı 4,6 faiz, yanacaq mazutunun istehsalı 21,8 faiz azalıb, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.