ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 44,19 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,62% azalaraq 41,75 dollar təşkil edib.