• İQTİSADİYYAT

    12:10 15 mart 2019

Neftçala avtomobil zavodunda ehtiyat hissələri istehsal olunacaq

Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda ehtiyat hissələrinin istehsalı ilə bağlı Azərbaycan və İran arasında razılıq əldə olunub. ONA xəbər verir ki, bunu Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və İran əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında ticarət dövriyyəsi keçən il əvvəlki illərlə müqayisədə 74% artıb. Bu, çox yüksək göstəricidir: “Bu gün tərəflər arasında imzalanan sazişə əsasən, Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda yığılan avtomobillərin bəzi detalları istehsal olunacaq”.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR