Yaxın bir neçə ildə "Brent" markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarınadək arta bilər.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu cür proqnozları "Bank of America" bankının mütəxəssisləri verib.
Proqnoza əsasən, artıq bu ilin ikinci yarısında "Brent"in qiyməti 70 dollaradək yüksələ bilər.
Məlumata görə, analitiklərin nikbinliyi fundamental göstəricilərin yaxşılaşması və dünyanın bir sıra ölkəsində həyata keçirilən iqtisadiyyatın stimullaşdırılması proqramlarının həyata keçirilməsinə əsaslanır.
Qeyd edək ki, öncə "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata biləcəyini qeyd etmişdir.
O, yaz aylarında və ya cari ilin sonunadək neftin bir barelinin qiymətinin 80 dollar, yaxın 18-24 ayda isə 100 dollardan çox olacağı təqdirdə təəccüblənməyəcəyini bildirmişdi.