Aprelin 9-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 70,66 dollar təşkil edib.
ONA-nın məlumatına görə, aprelin 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,22% artaraq 64,12 dollar təşkil edib.