Aprelin 22-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,34% artaraq 1 barelə görə 74,29 dollar təşkil edib.
ONA-nın məlumatına görə, aprelin 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 2,66% artaraq 65,70 dollar təşkil edib.