Aprelin 30-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 72,95 dollar təşkil edib.
ONA-nın məlumatına görə, aprelin 30-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,44% artaraq 63,91 dollar təşkil edib.