ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2013-cü ilin fevralın 13-dən ilk dəfə olaraq 119 dolları keçib.
"APA-Economics" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:52-də "Brent"in qiyməti 6,07% artaraq 119,78 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,28% artaraq 116,44 dollara çatıb.