Aprelin 10-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,42% azalaraq 1 barelə görə 71,43 dollar təşkil edib.
ONA-nın məlumatına görə, aprelin 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,51% azalaraq 64,28 dollar təşkil edib.