• İQTİSADİYYAT

    10:25 23 fevral 2019

Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biri təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb.

ONA xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Gəminin boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərrikin, nasosların və separatorların təmir işləri görülüb.

Bununla belə, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Gəmidə elektrik-quraşdırma işləri də yerinə yetirilib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçərək, yenidən neft və neft məhsullarının daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR