• İQTİSADİYYAT

    10:51 16 aprel 2019

Nərimanov rayonunda 7 küçənin yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda təmir bərpa işləri aparılır.

Agentlikdən ONA-ya verilən xəbərə görə, təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu, “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğunda yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan, başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır.

Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR