Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması işləri aparılır.
“Azərsu” ASC-dən ONA-ya verilən məlumata görə, görülən işlərlə əlaqədar 24 may 2019-cu il tarixində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.