• İQTİSADİYYAT

    19:26 18 aprel 2019

Bakının iki rayonunda təbii qazın verilişində fasilələr yaranacaq

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 19 aprel saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə və H. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə ONA-ya “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür: “Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR