• İQTİSADİYYAT

    10:40 17 aprel 2019

"Nikoil Bank"ın aktivləri azalıb

"Nikoil Bank" bu ilin ilk rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Nikoil Bank"ın aktivləri 2018-ci ilin ilk rübü ilə müqayisədə 14% azalaraq 422,953 mln. manat təşkil edib. Bankın öhdəlikləri isə 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 8,9% azalaraq 353,874 mln. manat olub. Həmçinin, bankın depozit portfeli də azalıb. Belə ki, ötən ilin ilk rübü ilə müqayisədə bu il banka yatırılan depozitin həcmi 9% az olub.

Ötən ilin ilk rübünü 309 min manat zərər edən bank, bu il 3,026 mln. manat mənfəət əldə edib.

Hesabat dövründə bankın faiz gəlirləri 2018-ci ilin birinci rübü ilə müqayisədə 8% artaraq 17,986 mln. manat, faiz xərcləri 14% azalaraq 1,233 mln. manat, qeyri-faiz xərcləri isə 24,5% artaraq 5,577 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR