• İQTİSADİYYAT

    13:43 7 may 2019

"Equinor" avqustda Azərbaycanda seysmik tədqiqat işlərinə başlayacaq

Norveçin “Equinor” şirkəti "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərini 2019-cu ilin avqust ayında başlayacaq. Bu barədə ONA-ya neft-qaz bazarında olan etibarlı mənbə bildirib.

“Equinor” şirkəti "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində tədqiqat işlərinin operatoru olaraq ərazidə 2-Ölçülü/3-Ölçülü seysmik işlərin aparılmasını planlaşdırır.

Mənbənin sözlərinə görə, sahədə seysmik işlərinin aparılmasının daha tez başlamaq planlaşdırılırdı, çox güman ki bu proses bu ilin avqustunda başlayacaq.

Qeyd edək ki, “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakıdan 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR