• İQTİSADİYYAT

    17:01 19 mart 2019

Bayram günlərində banklar gücləndirilmiş rejimdə işləyəcək

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 24 bankın 152 filial və şöbəsigücləndirilmiş iş rejimində çalışacaq. ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, bayram günləri ərzində ölkədə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq, onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün MBNP paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Beş bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən 8 bankın 13 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər: 493-50-58 (dax:357) və ya (+994 70) 908 62 21.

20-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları təqdim olunur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR