Bu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72,4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bu göstəricinin 19,7 minə yaxını (27,2%-i) ilkin, 52,7 minə yaxını isə (72,8%-i) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1 500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 62,5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1 117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.