"Kapital Bank" 2019-cu ilin ilk rübünü 47,626 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
ONA-nın “Kapital Bank”a istinadən verdiyi məlumata görə, bankın cəmi aktivləri bu il aprelin 1-nə 3 584,4 mln. manat təşkil edib. Bu da ötən il aprelin 1-i ilə müqayisədə 13,2% çoxdur.
Hesabat dövründə bank müştərilərə 1 536,4 mln. manat həcmində kredit verib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2,3% çoxdur.
Cari ilin yanvar-mart aylarında “Kapital Bank”ın cəmi öhdəlikləri 8,5% artaraq 3 162,9 mln. manata, depozit portfeli isə 10,7% artaraq 2 700,4 mln. manata çatıb. Həmçinin bankın nizamnamə kapitalı da 21,5% artaraq 225,9 mln manat təşkil edib.
Cari ilin ilk rübündə “Kapital Bank”ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 93,3 mln. manat, faiz xərcləri 15,4% artaraq 16,4 mln. manat, qeyri-faiz gəlirləri isə 9,6% aratarq 36,1 mln. manat olub.