• İQTİSADİYYAT

    18:32 12 fevral 2020

OPEC Azərbaycan üzrə proqnozunu korrektə edib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu cüzi yüksəldib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, öncə OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,79 mln. barel olacağını proqnozlaşdırdı. Yeni proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,01 mln. barel artırılaraq 0,80 mln. barel olacaq.

Hesabatda qeyd edilir ki, ötən il Azərbaycanda ortalama neft hasilatı 0,79 mln. barel təşkil edib.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə daha 7 min barel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Energetika nazirliyinin məlumatına görə, bu ilin yanvar ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR