• İQTİSADİYYAT

    10:48 11 aprel 2019

OPEC: Azərbaycanda neft hasilatı artıb

Вu ilin fevral ayında Azərbaycanda gündəlik maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 0,83 mln. barelə qədər artıb. Yanvarda bu göstərici təxminən 0,81 mln. barel təşkil edib.

ONA-nın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart ayı üzrə dərc etdiyi hesabatında bildirilir.

Hesabata əsasən, fevralda gündəlik istehsalın 0,71 mln. bareli neft, 0,12 mln. bareli isə qaz kondensatının payına düşüb.

Ölkədə kondensatın istehsalının artımı "Şahdəniz" qaz-kondensat dəniz yatağında hasilatın artması ilə bağlıdır.

Məlumata əsasən, bu il ərzində Azərbaycanda maye karbohidrogenlərin gündəlik istehsalı 0,80 mln. barel olacağı proqnozlaşdırılır, bu da 2018-ci ilin göstəricisinə uyğudur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR