• İQTİSADİYYAT

    16:48 8 may 2019

OPEC neft hasilatını azaldacaq - PROQNOZ

ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına əsasən, bu il OPEC ölkələri üzrə neft hasilatı sutkada 30,3 mln. barel səviyyəsində olacaq ki, bu da ötən ilin göstəricisindən 1,7 mln. barel azdır.

ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, 2020-ci il üçün OPEC üzrə hasilatın gündəlik 29,8 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu və gələn il üçün proqnozlaşdırılan azalmanın böyük bir hissəsi Venesuela və İranın payına düşəcək. Buna baxmayaraq, EIA bu həcmlərin qismən başqa OPEC ölkələri tərəfindən kompensasiya ediləcəyini gözləyir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR