• İQTİSADİYYAT

    09:05 18 mart 2019

OPEC+ ölkələri ilk dəfə Bakıda toplaşıb

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

ONA xəbər verir ki, iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.

İclasda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub.

Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.

İcasın yekunlarına dair mətbuat konfransı keçiriləcək. Tədbiri işıqlandırmaq üçün 20-dən xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR