OPEC+ Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası may ayında Ciddə şəhərində keçiriləcək. ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 13-cü JMMC çərçivəsində təşkil olunan mətbuat konfransında bildirilib.
İyunun 25-də OPEC-in iclası keçiriləcək ki, burada neft hasilatının həcminə dair qərar qəbul olunacaq. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih mətbuat konfransında qeyd edib ki, Bakıda keçirilən 13-cü JMMC olduqca məhsulda idi, növbəti iclas mayın 19-da Ciddə şəhərində təşkil olunacaq.