• İQTİSADİYYAT

    13:18 2 aprel 2019

OPEC Venesuelada böhrana baxmayaraq neft hasilatını azaltmağa davam edir

Səudiyyə Ərəbistanının qlobal bazarların balanslaşdırılmasına yönəlmiş istehsal məhdudiyyətləri ilə təzyiq göstərməsi və Venesuelada iqtisadi böhranın kəskinləşməsi səbəbindən OPEC xam neft hasilatını dördüncü ay ardıcıl olaraq azaltmağa davam edir. Bu barədə ONA "Boomberg"ə istinadən xəbər verir.

ABŞ prezidenti Donald Trampın neft təchizatının davamlılığını və neft qiymətlərinin artmasının qarşısını almaq çağırışına baxmayaraq, Səudiyyə Ərəbistanın və kartelin digər üzvləri hasilatın məhdudlaşdırmasında qərarlıdırlar.

Krallıq martda gündəlik neft hasilatını 9,82 mln. barelə azaldıb ki, bu da son dörd ildə an aşağı göstəricidir. OPEC üzvlərinin gündəlik neft hasilatı 295 min barel azalaraq 30,385 mln. barelə düşüb.

OPEC ölkəsi olan Venesuelada maliyyə böhranın davam etməsi və ABŞ tərəfindən bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların neft sahəsinə güclü zərbə vurmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və digər Körfəz istehsalçıları hasilatın məhdudlaşdırılmasını davam etdirir.

Bundan başqa, ilin əvvəlində kartel və onun müttəfiqləri - Rusiya və Qazaxıstan kimi qeyri-üzvləri olan ölkələri neft hasilatının azaldılmasının yeni dalğasına baş vurublar (yeni mərhələsinə gədəm qoyublar).

Emil

Teqlər:

SON XƏBƏRLƏR