OPEK+ ölkələri neft hasilatının sutkada 9,7 milyon barelə qədər azaldılmasından sonra 2020-ci ilin ikinci yarımilində bu həcmi 7,7 milyon barelə endirəcəklər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə alyansın yeni razılaşmanın nəticələrinə dair kommünikesində deyilir.
2022-ci ilin aprel ayının sonlarına qədər iştirakçılar hasilatı sutkada 5,8 milyon barelədək azaldacaqlar. Hasilatın azaldılmasının baza göstəricisi, Rusiya və Səudiyyə Ərəbistanı istisna olmaqla, bütün ölkələr üçün 2018-ci ilin oktyabr ayı olacaq. Onlar üçün gün ərzində 11 milyon barel baza göstəricisi əsas götürüləcək.
Bundan başqa, qeyd edilir ki, OPEK+ ölkələri 2021-ci ilin dekabr ayında yeni razılaşmanın müddətinin uzadılmasının mümkünlüyünü nəzərdən keçirəcəklər.