OPEK+ ölkələri neft hasilatının azaldılması barədə razılığa gəliblər.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
OPEK+ danışıqlarındakı mənbəyə istinadən verilən məlumata əsasən, gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması barədə razılığa gəlinib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da OPEK və qeyri-OPEK ölkələrinin nazirlərinin onlayn formatda görüşü başlayıb. Görüş OPEK və qeyri-OPEK ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur. Görüşdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov iştirak edir.