• İQTİSADİYYAT

    14:18 4 may 2019

Oqtay Əsədov: "Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 mln. dollar olub"

"Ümidvaram ki, bundan sonra da iki ölkə arasında parlamentlərarası münasibətlərimiz daha da inkişaf edəcək, dərinləşəcək. Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir". ONA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.

O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: "Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur".

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR