Orta Asiyada Şengen zonası yaradıla bilər.
ONA Rusiya mediasına istinadən xəbər verir ki, Qazaxıstanın Orta Asiyada özünün Şengen zonasının yaradılması təklifi Özbəkistan, Qırğızıstan və Tacikistan tərəfindən maraqla qarşılanıb.
Ötən il Qazaxıstan hökuməti avropalı turistlərin və Cənub-Şərqi Aiya vətəndaşlarının İpək Yolunun keçdiyi ölkələrə sərbəst səfər edə bilmələri üçün vahid sənəd təqdim etməyi təklif etmişdi.
Təşəbbüsün regionun turizm sektoruna müsbət təsir edəcəyi güman olunur. Yeniliyin tətbiq olunacağı və yaxşı nəticələr verəcəyi təqdirdə, bu razılaşmaya Rusiya və Çinin qoşula biləcəyi istisna edilmir.