Bu il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5%-ni qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,5%-i inzibati vəzifələrin ali 3-cü təsnifatları, 75,7%-i 4-7-ci təsnifatları üzrə və 19,8%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət qulluqçularının 7,4%-i 1 ilə qədər, 24,2%-i 1 ildən 5 ilə qədər, 23,2%-i 5 ildən 10 ilə qədər, 16,8%-i 10 ildən 15 ilə qədər, 28,4%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü bu cür xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2%, 30-34 yaşda 15,9%, 35-44 yaşda 23,6%, 45-54 yaşda 21%, 55-62 yaşda 18,1%, 63-64 yaşda 2,9%, 65 və yuxarı yaşda 1,3%.
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6%-ni şöbə müdirləri, 11,7%-ni şöbə müdirinin müavinləri, 7,9%-ni sektor müdirləri, 25,7%-ni baş məsləhətçilər, 5,3%-ni böyük məsləhətçilər, 12,8%-ni aparıcı məsləhətçilər və 20,9%-ni məsləhətçilər təşkil edib.
Ötən il dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3% artaraq 796,5 manat təşkil edib.