Ötən il BMT və Azərbaycan tərəfindən icra edilən ortaq layihələrə 4 998 519 ABŞ dolları məbləğində vəsait xərclənib. Bu vəsait "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" çərçivəsində birinci strateji sahə üzrə xərclənib. ONA-nın məlumatına görə, bunu sözügedən sənəd üzrə istiqamətləndirici komitənin iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, 3 strateji sahəni əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 mln. dolların ayrılması nəzərdə tutulub: "Bu vaxta qədər vəsaitin 68,2 mln. dolları və yaxud 95%-i artıq xərclənib".