“TuranBank” cari ilin ilk rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
ONA sözügedən hesabata istinadən xəbər verir ki, ötən ilin ilk rübünü 216 min manat zərərlə yekunlaşdıran bank, bu ilin ilk rübünü 109 min manat mənfəətlə başa vurub.
Bu ilin yanvar-mart aylarında “TuranBank”ın cəmi aktivləri 2018-ci ilin ilk rübü ilə müqayisədə 1% artaraq 500,2 mln. manat təşkil edib.
Hesabat dövründə bankın cəmi öhdəlikləri ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% artaraq 441 mln. manat, depozit portfeli 4,9% artaraq 235,8 mln manat, cəmi kapitalı isə 0,4% artaraq 59,2 mln. manat olub.
Cari ilin ilk rübündə bankın faiz xərcləri 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,5% artaraq 5,4 mln. manat , qeyri-faiz gəlirləri 17,9% artaraq 664 min manat, qeyri-faiz xərcləri 22,7% artaraq 3,7 mln manat, faiz gəlirləri isə 10,2% artaraq 8 mln manat təşkil edib.