• İQTİSADİYYAT

    10:19 28 mart 2019

MBNP-nin saytında problemli kreditlərlə bağlı bölmə yaradılıb

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu gün problemli kreditlər üzrə kompensasiya portalının məlumatlarının sorğulanması bölməsinin yaradılması ilə bağlı təqdimat keçirib.

ONA xəbər verir ki, Palatanın saytına daxil olaraq qeyd edilən bölmədə şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsini, ad-soyad və telefon nömrəsini yazaraq məlumat əldə etmək olar.

Portal müvafiq fiziki şəxs üzrə ona hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətandaşa çatan hissəsi, həmçinin restrukrizasiyası güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əks etdirir. Təqdimatda fiziki şəxslərin sözügedən portaldan istifadəsi üzrə məlumatlığın artırılması məqsədi ilə işləmə mexanizminin əyani izah edən video çarxda təqdim olunub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR