• İQTİSADİYYAT

    10:56 21 may 2019

"PAŞA Bank" aktivlərini 32% artırıb

Ötən ilin sonuna “PAŞA Bank”ın cəmi aktivləri 5 209 364 min manat təşkil edib ki, bu da 2017-ci ilin axırına olan göstərici ilə müqayisədə 32% artım deməkdir.

ONA-nın məlumatına görə, bu barədə bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda “PAŞA Bank”ın nizamnamə kapitalı 333 mln. manat təşkil edir və bu göstərici bankı Azərbaycanın ən kapitallaşdırılmış özəl bankı edir.

“Qeyd edək ki, 2012-ci ildən “PAŞA Bank” “Standard&Poor's” və “Fitch” beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2018-ci ilin sonuna olan vəziyyətə əsasən, “Fitch” tərəfindən verilən uzunmüddətli emitentin defolt reytinqi B+, “Standard&Poor's” tərəfindən verilən reytinq isə BB- səviyyəsindədir. Sonuncu Azərbaycanın 100% yerli kapitala malik olan kommersiya bankına təyin edilmiş ən yüksək reytinqlərdən biridir”, - deyə B. Nağıyev bildirib.

Bundan başqa, ötən ilin sonuna bankın cəmi kapitalı 548 009 min manat təşkil edib ki, bu da 2017-ci ilin sonuna olan göstərici ilə müqayisədə 10% çoxdur. Keçən ilin sonuna bankın cəmi aktivləri 5 209 364 min manat (32% artım), xalis mənfəəti 74 053 min manat (-17%), cəmi kredit portfeli 1 780 782 min manat (26% artım), aktivlərin gəlirliliyi 1,6%, kapitalın gəlirliliyi 14,1%, əməliyyat gəliri isə 214 162 min manat (10% artım) təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR