• İQTİSADİYYAT

    11:49 21 may 2019

"PAŞA Bank" kredit portfelini 25% artırmaq niyyətindədir

“PAŞA Bank” 2019-cu ildə Azərbaycan üzrə kredit potfelini 1,7 mlrd. manata çatdırılmasını planlaşdırır ki, bu da ötən ilin sonuna olan göstərici ilə müqayisədə 25% artımın deməkdir. 2020-ci ildə bu göstəricini 2 mlrd. manat səviyyəsində olması proqnozlaşdırılır.

ONA-nın məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov bankın 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin sonuna Azərbaycan üzrə bankın aktivlərində artım gözlənilir. Bu göstərici üzrə artım 7-10% səviyyəsində proqnozlaşdırılır. Əgər 2018-ci ilin sonuna aktivlərin həcmi 4,7 mlrd. manat olubsa, 2019-cu ilin sonuna bu göstərici 5 mlrd. manat, 2020-ci ilin sonuna isə 5,2 mlrd. manat təşkil edəcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR