"Paşa Kapital" investisiya şirkətinin direktor müavini Tələt Əli oğlu Kalayev Milli Depozit Mərkəzinə (MDM) üzv seçilib. ONA-nın etibarlı mənbədən aldığı məlumata görə, Tələt Kalayev bundan sonra MDM-də Müşahidə Şurasının üzvü olacaq.
Xatırladaq ki, MDM-in Müşahidə Şurası 5 nəfərdən ibarətdir. Belə ki, Müşahidə Şurasının tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in iki nümayəndəsi və bir müstəqil üzv daxildir.
Müşahidə Şurasına sədr rəhbərlik edir. Müşahidə Şurasının sədrini və onun müavinini Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı ilə Müşahidə Şurası öz üzvləri sırasından seçir. Müşahidə Şurasının sədri olmadıqda onun səlahiyyətlərini müavini icra edir.
MDM-in İdarə Heyətinin tərkibi sədr, sədrin müavini və İdarə Heyətinin üzvündən ibarətdir.