• İQTİSADİYYAT

    16:29 29 mart 2019

"Paşa Sığorta" xalis mənfəətini artırıb

Ötən il ərzində “Paşa Sığorta” şirkətinin xalis mənfəəti əvvəlki illə müqayisədə 71% və ya 8,476 mln. artaraq 22,416 mln. manat təşkil eib. ONA-nın şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, 2018-ci ildə "Paşa Sığorta"nın cəmi gəlirləri 134,364 mln. manat olub. Bu göstərici 2017-i illə müqayisədə 16% və ya 22,667 mln manat çoxdur. Şirkət 2018-ci ildə 28 mln. manat maliyyə mənfəətindən 5,934 mln. mənfəət vergisi ödəyib.

2017-ci ildə "Paşa Sığorta" 104,911 mln. manat sığorta haqqı topladığı halda, 2018-ci ildə bu rəqəmi 124,773 mln manata çatdırıb. Hesabat ilində şirkətin cəmi aktivləri 174, 824 mln. manat, cəmi kapitalı 74,997 mln. manat, cəmi öhdəlikləri isə 99,828 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR