Bu ilin yanvar-mart aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,72 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,4% az vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən xəbərə görə, ümumi sərmayənin 32,6% dövlət, 67,4% qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 50,3%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Cari ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,8%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,8%-i əsaslı təmir, 4,7%-i cari təmir, 19,7%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 86,3%-i qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.