Azərbaycan OPEC+ əməkdaşlığın fəal iştirakçısı kimi neft bazarının nizamlanması prosesinə davamlı töhfə verir.
ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, neft hasilatının azaldılması üzrə öhdəliklər çərçivəsində Azərbaycanında çox böyük rolu var.
"Neft bazarında sabitliyə nail olub və beləliklə karbohidrogen ehtiyatlarının işlənilməsinin təşviqi üçün OPEC+ əməkdaşlılığın fəal iştirakçısı kimi neft bazarının nizamlanması prosesinə davamlı töhfə verir", - deyə P. Şahbazov qeyd edib.