Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksi kapitalını 462 mln. türk lirəsi artıraraq 2,112 mlrd. lirəyə çatdıracaq.
ONA-nın Türkiyənin Kamuyu Aydınlatma Platformuna istinadən verdiyi məlumata görə, bu qərar aprelin 29-da qəbul edilib. Qərara əsasən, şirkətin kapitalı 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılacaq. Bu artım əvvəlki illərdə edilən mənfəəti hesabına təmin ediləcək.
Qeyd edək ki, 2018-ci ildə "Petkim"in xalis mənfəəti 872 mln. türk lirəsi təşkil edib. Ötən il "Petkim Holding A.Ş"ın dövriyyəsi 9,3 mlrd. lirə olub, aktivləri isə 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.
Bundan başqa, ötən il "Petkim"in məhsul satışı 1,8 mln. ton təşkil edib ki, məhsulun 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixraca yönəldilib.