• İQTİSADİYYAT

    16:50 10 may 2019

"Petkim" "Star Rafineri" ilə işbirliyindən gəlir əldə etməyə başlayıb

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" Dövlət Neft Şirkətinin "Star Rafineri" neft emalı zavodu ilə inteqrasiya edilmiş şəkildə işləmələri öz bəhrələrini verməyə başlayıb. ONA-nın xəbərinə görə, bu barədə Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

A. Məmmədovun sözlərinə görə, bu ilin birinci rübü neft kompleksi üçün uğurlu olub və ilin sonuna kimi iki müəssisənin birgə işləməsi daha da yüksək göstəriciləri təmin edəcək.

"Bu il bazarın ehtiyaclarını sürətli və əskiksiz bir şəkildə qarşılayaraq, Türkiyədə əlavə dəyər yaradan istehsalı üzrə lideri olmağa davam edəcəyik", - deyə A. Məmmədov əlavə edib.

Bundan başqa, bu ilin yanvar-mart aylarında “Star Rafineri” “Petkim” neft-kimya kompleksini 84 min ton neft məhsulları ilə təmin edib ki, bunun da 75 min tonu naftanın payına düşüb.

Qeyd edək ki, "Petkim"in bu ilin birinci rübündə xalis mənfəəti 144 mln. türk lirəsi təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur.

Xatırladaq ki, "Petkim" neft-kimya kompleksi hazırda istehsal etdiyi məhsulu 78 ölkəyə ixrac edir. Müəssisədə istehsal olunan 60 fərqli məhsul Türkiyənin neft-kimya tələbatının təxminən 20%-ni ödəyir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR